Rusiyanın nüvə enerji şirkəti Rosatom-a qarşı sanksiyaların tətbiq ediləcəyi ilə bağlı narahatlıqlar fonunda uranın spot qiymətləri son 11 ilin ən yüksək həddinə çatıb.
"Fins.az" xəbər verir ki, ekspertlər bu qənaətdədirlər ki, Rusiyaya qarşı sanksiyalar tətbiq olunsa belə, uzunmüddətli perspektivdə real uran qıtlığı olmayacaq.
Məlumata görə, 59,75 dollara satılan uran üçün bu rəqəm 2011-ci ilin martında Fukusimada reaktorun əriməsi nəticəsində urana tələbatın artmasına səbəb olan Yaponiyanın bütün reaktorlarını bağlamaq qərarından bəri ən yüksək göstəricidir.