BİRJA

10 Mart

Nikel qiymətlərində kəskin eniş

Dünən 1 tonu 100 min dolları keçən nikel, ucuzlaşıb.
"Fins.az"xəbər verir ki, qlobal nikel qiymətlərindəki kəskin artım azalma ilə əvəz olunub. London Metal Birjasında (LME) ticarət dünən nikelin bir ton üçün 100 min dolları keçməsindən sonra dayanıb. 

Məlumata görə, ən böyük nikel istehsalçılarından biri olan Rusiyada tədarükün azalacağı ilə bağlı narahatlıqlar fonunda nikel qiymətləri son həftələrdə kəskin şəkildə artıb. LME-də qiymətlər 24 saat ərzində təxminən 250% çoxalıb. 

Dünyanın ən böyük nikel ixracatçılarından biri olan İndoneziya bu il istehsalın artırılacağını açıqlayıb. Cənub-Şərqi Asiyadakı istehsalçı ölkələrin 400 min ton əlavə nikel istehsal edəcəyi bildirilir.