BİRJA

10 Mart

Bayden kriptovalyutalarla bağlı fərman imzalayıb

ABŞ prezidenti Co Bayden mərkəzi bankın rəqəmsal valyutası və digər kriptovalyutaların risklərini nəzərdən keçirməsi üçün sərəncam imzalayıb.
"Fins.az"xəbər verir ki, Ağ Evdən verilən açıqlamada, sözügedən fərmanın istehlakçıları qorumaq, maliyyə sabitliyini və milli təhlükəsizliyi təmin etmək və iqlim risklərini həll etmək üçün ilk əhatəli rəqəmsal aktiv strategiyasını qurmaq məqsədi daşıdığı bildirilib.

Bililir ki,kriptovalyutalar da daxil olmaqla rəqəmsal aktivlərin son illərdə artdığına diqqət çəkilərək, 5 il əvvəl 14 milyard dollar səviyyəsində olan bazar dəyərinin ötən noyabr ayı etibarilə 3 trilyon dolları keçdiyi qeyd edilib.

Açıqlamada deyilir ki, sorğular göstərir ki, yetkin amerikalıların təxminən 16 faizi (təxminən 40 milyon insan) kriptovalyutalara investisiya qoyur, ticarət edir və ya istifadə edir.