ABŞ prezidenti Co Bayden kriptovalyuta ilə bağlı fərman imzalayacağını elan etdikdən sonra Bitcoin-in qiyməti 41 500 dolları ötüb.
"Fins.az" xəbər verir ki, Bitcoin bu gün sərt irəliləyişlə yenidən 41 min 500 dolları ötüb. Kriptovalyutanın dəyəri 8,8% artaraq 41 874 dolları keçib.
CoinGecko-nun məlumatlarına görə, Ether son 24 saatda 6,7%, Terra isə təxminən 20% artıb.
İnvestorlar ABŞ-ın yeni kriptovalyuta fərmanına diqqət yetiriblər. ABŞ prezidenti Co Baydenin bu həftə Mərkəzi Bankın rəqəmsal valyuta işlərini əhatə edən və hökumətin kriptovalyuta strategiyasını əks etdirən icra sərəncamını imzalaması gözlənilir.
ABŞ Maliyyə Naziri Janet Yellen martın 9-da Departamentin internet saytında daha sonra silinmiş bəyanatında bildirib ki, sərəncam ictimaiyyətə, istehlakçılara və şirkətlərə fayda verəcək yenilikləri dəstəkləyəcək.