Rusiyanın Ukraynada davam edən hərbi əməliyyatları, həmçinin həm ABŞ-dan həm də Avropadan Rusiyaya qarşı tətbiq olunan sanksiyalar fonunda dünya birjalarında risk iştahı sürətlə azalır. Problemin Avropanın enerji təminatına təsriləri ilə bağlı narahatlıqların artması avro və funtu təzyiq altında saxlayır.
Bu həftə həmçinin Avropa Mərkəzi Bankının toplantısı və faiz qərarı, eləcə də Avropa ölkələri liderləri sammiti investorların diqqət mərkəzində olacaqdır.
Yaranan qlobal risklərin təsiri qızıl qiymətlərində ciddi artımlara səbəb olur. Qızılın unsiyası 1 həftədə 1880$-dan 2003$-a yüksəlib. Hazırda 1990$-dan təklif olunan qiymətli metalın bir unsiya üzrə dəyəri 2003$-ın üzərində möhkəmlənə bilsə, 2075$-a kimi bahalaşa bilər.
Ötən həftənin cümə günündən etibarən 9.6% bahalaşan Brent neftinin bir bareli enerji birjalarında 128$-dan təklif olunur. Əgər 129$ həddi qırılarsa, artımlar 140$-a qədər davam edə bilər.