BİRJA

24 Fevral

Saudi Aramco qaz kəməri biznesinin 49%-ni satır

Saudi Aramco, törəmə şirkəti Aramco Gas Pipelines Company-nin səhmlərinin 49%-ni Amerika BlackRock və Saudi Hassana Investment-in rəhbərlik etdiyi beynəlxalq investorlar konsorsiumuna satmaqla bağlı müqavilə bağlayıb.

"Fins.az" xəbər verir ki,bu barədə  Saudi Aramco saytında məlumat yayımlayıb.

Məlumatda deyilir ki, müqavilənin dəyəri 15,5 milyard dollar təşkil edib.

Sazişin şərtlərinə görə, Saudi Aramco Aramco Gas Pipeline Company-yə öz törəmə müəssisəsindən 20 il müddətinə icarəyə götürəcəyi qaz kəməri şəbəkəsindən istifadə etmək hüququ verib və ona qaz nəqli üçün müəyyən tarif ödəyəcək. Eyni zamanda, “Saudi Aramco” Aramco Gas Pipeline Company-nin nəzarət paketini özündə saxlayıb və qaz kəmərləri şəbəkəsinə operativ nəzarəti davam etdirəcək.

Qeyd edək ki, müqavilə Səudiyyə Aramco-ya neft və qaz hasilatının həcmi ilə bağlı heç bir məhdudiyyət qoymur.