Kriptovalyuta ödənişləri xidmətləri üzrə ixtisaslaşan “TripleA” şirkətinin apardığı tədqiqata əsasən 2021-ci il üzrə dünya əhalisinin 3.9%-i (təqribən 300 milyon) kriptovalyuta istifadəçiləridi və 18.000 şirkət artıq ödəniş vasitəsi kimi kriptovalyuta qəbul edir. Kriptovalyuta istifadəçilərinin sayına görə Hindistan, ABŞ, Nigeriya, Vyetnam və Böyük Britaniya lider ölkələrdir. İstifadəçilərin 82%-i 34 yaşa qədər insanlardır, onlarn 79%-i kişi, 21%-i isə qadınlar təşkil edir.
Hesabata əsasən Azərbaycanda kriptovalyuta istifadəçilərinin sayı 98.220 (əhalinin 0,97 %-i) təşkil edir. MDB ölkələri üzrə bu 6-cı göstəricidir. İlk beşlikdə Rusiya (17,3 milyon), Ukrayna (5,5 milyon), Belarus (352.500), Özbəkistan (344.050), Qazaxıstan (324.330) yer tutub.
“TripleA” şirkəti 2017-ci ildə Sinqapurda təsis edilib. Şirkət Sinqapur Mərkəzi Bankının (MAS) və AML (Anti-Money Laundering), KYC (Know Your Client) standartlarının tələblərinə cavab verir. “TripleA”-nın Sinqapur, Honq-Konq və Avropada nümayəndəlikləri fəaliyyət göstərir.
Kriptovalyuta ilə ödəniş qəbul edən şirkətlər:

Müəllif: Elnur Quliyev