BİRJA

22 Sentyabr

Mərkəzi Bankının 1 aylıq notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

22 sentyabr 2021-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) 50103190S dövlət qeydiyyat nömrəli, 100 milyon manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Fins.az xəbər verir ki, hərrac zamanı 22 investor tərəfindən qiyməti 99.5351 (6.01%) olan 29 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 1,178,633,000.00 manat olmuşdur.

ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 99.5351 (6.01%) , orta ölçülmüş qiyməti isə 99.5351(6.01%)  müəyyən edilmişdir. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 100,000,000.00 manat təşkil etmişdir. 

Notların ödəmə tarixi 20.10.2021-ci ildir.