BİRJA

17 Sentyabr

Şirkətlər səhmlərini İPO-ya rahat çıxara biləcək-QANUNDA DƏYİŞİKLİK

Səhm bazarının daha rahat formada fomalaşması üçün qanunda yeni imkanlar yarartmaq istəyirik

Fins.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili  “Qiymətli kağızlar bazarı haqqında” qanuna edilməsi gözlənilən dəyişiklilər barədə açıqlama verərəkən deyib. 

O bildirib ki, qiymətli kağızlar bazarı Azərbaycanda çox zəif inkişaf edib.Hazırda qiymətli kağızlar bazarının inkişafı dünya iqtisadiyyatının mühüm hissəsini təşkil edir. Azərbaycanda da kifayət qədər insan var ki, xarici səhm bazarlarında satılan səhmləri əldə edib.Bu barədə təbii ki, məlumatalıyıq.Sahibkarlıq subyektlərinin İPO-ya yəni səhmlərinini daha rahat şəkildə ictimai formada satışa çıxarılmasını təmin etmək istəyrik.

Tahir Mirkişili səhm bazarının inkişafı və qiymətli kağışlar bazarında risklərin sığortalanması üçün yeni mexanizmlərin tətbiqinə də qoxunaraq "Səhm bazarının daha rahat formada fomalaşması üçün qanunda yeni imkanlar yarartmaq istəyirik.Bununla yanaşı qiymətli kağılar bazarında ola biləcək risklərin qarşısının alınması üçün sığorta mexanizmlərinin hazırlanması üzərində işləmək istəyirik. Göstərilən bu istiqamətlər  ölkəmizdə səhm bazarının inkişafı ilə bağlı indiyə qədər olan maneələrin aradan qaldırılması və bu bazarı ölkəmizdə daha da stimulaşdırmaq məqsədi daşıyır "-deyə qeyd edib.

Müəllif: Aynur Qəniyeva