BİRJA

13 Sentyabr

Asiya birja indeksləri enib,Alibaba-nın səhmləri 3%-dən çox UCUZLAŞIB

Asiya indeksləri həftəyə ümumilikdə enişlə başlayıb.

Fins.az xəbər verir ki, Çinin pərakəndə satış və sənaye istehsalı məlumatları bu həftə Cümə axşamı günü bölgədə izləniləcək.
Asiya-Sakit Okean bölgəsindəki səhmlər Hong Kongun rəhbərlik etdiyi bazar ertəsi günü ticarətində enib.

Hong Kongda listinq edilən Alibaba səhmləri 3%-dən çox ucuzlaşıb. Tencent isə 2,33%, Meituan isə 3,39 % ucuzlaşıb.

Cənubi Koreyadakı Kospi, Yaponiyada Nikkei 225 və Topix İndeksləri də bir qədər aşağı düşüb, Avstraliyadakı S P/ASX 200 İndeksi isə məhdud gəlir əldə edib.

Müəllif:Aynur Qəniyeva