Neft Asiyada cümə günü səhər qalxdı, ancaq həftəlik itkilər təxminən 2%təşkil edib. İnvestorların qərarlarına Çinin xam nefti strateji ehtiyat tədarükündən azad etmə qərarına və bəzi hava yolu şirkətlərinin ABŞ -dan bilet satışlarının azalması ilə bağlı xəbərdarlıqları təsirsiz ötüşməyib.
Brent markalı neftin fyuçersləri saat 23: 50 -də 0,59% artaraq 71,87 dollara, WTI fyuçersləri isə 0,50% artaraq 68,48 dollara çatıb. Həm Brent, həm də WTI fyuçersləri avqust ayından bu yana ən aşağı səviyyələrdə qərarlaşıb
Müəllif:Aynur Qəniyeva