Aramco, 110 milyard dollarlıq təbii qaz layihəsini maliyyələşdirmək üçün məsləhətçilər və xarici investorlar ilə görüşür. Saudi Aramco, Cafurah qaz yatağını xarici investisiyalara açaraq 110 milyard dollarlıq maliyyə cəlb etməyi hədəfləyir.
Fins.az xəbər verir ki,Bloomberg -in hesabatına görə, Aramco bölgədəki layihələri maliyyələşdirmək üçün səhm satmaq və ya istiqraz buraxmaq üçün məsləhətçilərlə işləməyə və potensial investorlar ilə görüşməyə başlayıb.
Hesabata görə, danışıqlar hələ ilkin mərhələdədir və Aramco Cafurada layihəni maliyyələşdirməyin başqa yollarını axtara bilər. Ancaq Jafurah qaz yatağı ilə bağlı hər hansı bir razılaşma, Aramco-nun neft və qaz aktivləri ilə əlaqədar məsələlərdə xarici investisiya imkanları verdiyi nadir hallardan biri ola bilər.
Cafurah bölgəsi Səudiyyə Ərəbistanı hökuməti üçün neftin çəkisini azaltmaq və təbii qaz istehsalını artırmaq baxımından böyük əhəmiyyətə malikdir. Yatağın təxminən 65 trilyon kubmetr təbii qaz ehtiyatına sahib olduğu halda, Aramconun 2024 -cü ildə bölgədə hasilata başlayacağı gözlənilir.
Aramco, 2019 -cu ildə IPO -ya çıxdıqdan sonra, 75 milyard dollarlıq dividend hədəfini və kütləvi kapital xərclərini maliyyələşdirmək üçün xarici investorlara qapılarını açıb.
Müəllif: Aynur Qəniyeva