BİRJA

08 Sentyabr

SOCAR istiqrazlarını hardan almaq olar? -VİDEO

Fins.az "ARB 24"-ün qonağı olan SOCAR-ın kapital bazarları üzrə baş məsləhətçisi Ali Ağaoğlunun  SOCAR tərəfindən daxili bazar üçün buraxacaqları yeni istiqrazlar barədə açıqlama verib. 

Qeyd edək ki, SOCAR-ın ölkə daxilində ilk istiqrazlarının tədavül müddəti bu ilin oktyabr ayında başa çatır. Odur ki, şirkət daha 100 milyon ABŞ dolları məbləğində istiqraz buraxmağı planlaşdırır. Söhbət 2016-cı ildə reallaşdırılmış ilk emissiyada olduğu kimi, hər birinin nominal dəyəri 1 000 ABŞ dolları olan 100 min ədəd istiqrazdan gedir. İstiqrazlar kütləvi təklif üsulu ilə "Bakı Fond Birjası" QSC-də yerləşdiriləcək. Amma onların illik gəlirliliyi indi dövriyyədə olan istiqrazlarla müqayisədə 0,5 faiz bəndi az – 4,5% təşkil edəcək.

SOCAR İstiqrazlarını Azərbaycanda fəaliyyət göstərən investisiya şirkətlərinə və 1 və 5 saylı “ASAN xidmət” mərkəzlərində yaradılmış SOCAR İstiqrazları köşklərinə müraciət edərək əldə etmək mümkün olacaq.

SOCAR İstiqrazlarına abunə yazılışı ölkəmizdə “Neftçilər Günü” kimi qeyd olunan bu ilin 20 sentyabr tarixindən başlayacaq və oktyabrın 29-dək davam edəcək.

"AzFinance" İnvestisiya Şirkətinə SOCAR İstiqrazlarına abunə yazılışı və investisiya məsləhəti almaq istəyən şəxslər müraciət edə bilər.

Əlaqə tel: (+994) 50 290 30 64

 

Müəllif:Aynur Qəniyeva