Fransanın PSJ futbol klubuna keçən Argentinalı futbol ulduzu Lionel Messi ilə sövdələşmənin yeni maraqlı detalları məlum olub.
Bildilir ki, superulduza illik maaşın bir hissəsi PSJ-nin buraxdığı “PSG Fan Token”lərlə ödəniləcək.
Dünənki mətbuat konfransında Messinin PSJ ilə 2 illik müqavilə imzaladığı (üçüncü mövsum uzadılması imkanı ilə), birdəfəlik 30 milyon dollar ödəniş, ildə isə 41 milyon dollar maaş alacağı bildirilib. Klub bugünkü açıqlamasında ulduz oyunçunun maaş və bonus paketinə 2020-ci ilin əvvəlində Socios.com platforması ilə birgə yaradılan kriptovalyutanın da daxil edildiyini bəyan edib.
Messinin Parisə gəlişi ilə PSJ-nin “Fan Token”i cəmi bir günə ikiqat bahalaşıb.
(c)marja