BİRJA

12 Avqust

Pfizer səhmlərinin qiyməti 22 illik rekord səviyyəyə çatdı

Koronavirusa qarşı peyvənd istehsalçılarından olan “Pfizer” şirkətinin səhmləri rekord səviyyədə bahalaşıb.

Ticarət sessiyası ərzində şirkətin qiymətli kağızlarının dəyəri bir səhm üçün 48.57 dollara çatıb. Bununla da, 1999-cu ildə qeydə alınmış 47.44 dollarlıq qiymət həddi aşılıb.

Bildirilib ki, səhmlərin rekord qiymət artımı vaksinlərin uğurlu satışı ilə bağlıdır.