BİRJA

09 Avqust

Dünyanın ən böyük neft şirkəti xalis mənfəətinin 4 dəfə artdığını açıqladı

Dünyanda ən böyük hasilata və ehtiyatlara malik olan Səudiyyə Ərəbistanın neft şirkəti "Saudi Aramco"nun 2021-ci ilin ikinci rübündə xalis mənfəəti, ötən ilin eyni dövründəki 6,6 milyard dollara qarşı 25,5 milyard dollar təşkil edib. Qısası, şirkətin xalis mənfəəti 3,9 dəfə artıb.

Şirkətin gəlirlərinin artması - koronavirusa qarşı kütləvi peyvəndləmələr səbəbindən məhdudlaşdırıcı tədbirlərin zəifləməsi nəticəsində qlobal mühitin yaxşılaşması və neftə tələbatın artması ilə əlaqələndirilir. Xam neftin qiymətində bu il 40% ətrafında artım görülmüşdür. 

"Saudi Aramco"nun ikinci rüb üçün dividendləri 18,8 milyard dollar təşkil edəcək.

İlin ilk yarısında şirkət ötən ilin ilk yarısındakı 23.2 milyard dollara qarşı 47.2 milyard dollar xalis mənfəət əldə edib.

Şirkətdə rüb ərzində istehsalın orta səviyyəsi gündəlik 11,7 milyon barel təşkil edib.