BİRJA

05 Avqust

Neft daha da ucuzlaşdı

Koronavirusun daha yoluxucu Delta variantının Çində də yayılması ilə artan narahatlıqlar neft bazarlarına mənfi təsir edir. Marja xəbər verir ki,  neft qiymətləri ardıcıl üçüncü gündür düşür.

Analitiklər bildirirlər ki, Delta variantına yoluxanların artması qiymətlər üzərində təzyiq yaradır və bütün gözlər qlobal tələbin mərkəzi olan Çindədir. Neft qiymətləri virusla əlaqədar vəziyyət dəqiqləşənə qədər təzyiq altında qalmağa davam edəcək.

Bakı vaxtı ilə saat 19:49-da Brent neft 2,4% ucuzlaşma ilə 70,64 dollardan, ABŞ xam nefti isə 3,2% ucuzlaşma ilə 68,32 dollardan ticarət olunub.