İyulun 28-də Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) 50102790S dövlət qeydiyyat nömrəli, 100 mln. manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
Fins.az-ın BFB-yə istinadən məlumatına görə, hərrac zamanı 20 investor tərəfindən qiyməti 99,5543 (5,76%) olan 24 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 954 418 600 manat olub.
Mərkəzi Bankın qərarına əsasən notların kəsmə qiyməti 99,5543 (5,76%) , orta ölçülmüş qiyməti isə 99,5543 (5,76%) müəyyən edilib.. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 100 mln. manat təşkil edib.
Notların ödəmə tarixi 25.08.2021-ci ildir.