BİRJA

14 İyul

Çindən Bitcoin mədənçilərinə yeni zərbə

Çinin Anhui əyaləti, enerji çatışmazlığı səbəbiylə yaxın 3 ildə kriptovalyuta mədən layihələrini dayandırmağı planlaşdırır
Fins.az xəbər verir ki,Hf365.com saytındakı xəbərə görə, Çin Anhui əyalətindəki bütün kriptovalyuta mədən layihələrini bağlayacaq.

Xəbər portalına görə, Çinin şərqindəki Şanxaydan 3 saat məsafədə olan vilayət, yüksək enerji ehtiyacları olan yeni layihələrin qarşısını da alacaq.

Çin son vaxtlar kripto valyutası mədəninin qarşısını almaq üçün müxtəlif addımlar atdı.

Belə ki,keçən ay Siçuan əyalətində kriptovalyuta mədənçiliyində addımların atılacağı və bir il içində kripto mədən əməliyyatlarının dayandırılacağı bildirilib. 

Çin, İç Monqolustan bölgəsindəki kriptovalyutası mədənçilik fəaliyyətinə son verəcəyini açıqladı və Yunnan əyalətindəki Bitcoin mədən şirkətlərinin qanunsuz elektrik istehlakı ilə əlaqədar istintaq başlanılıb.

Qeyd edəki,Bitcoin bu gün 2,6% azalaraq iki həftədən çox olan ən aşağı səviyyəyə, 31,665 dollara düşüb.

Müəllif: Aynur Qəniyeva