BİRJA

05 İyul

Neftdə OPEC gərginliyi bitmir

OPEC+ ölkələri istehsalı artırmaq mövzusunda razılaşa bilmirlər. Fins.az  xəbər verir ki, ötən ayın 30-da başlamış iclas bu gün də davam edəcək. Neft istehsal edən ölkələr Avqust ayında istehsalın nə qədər artırılacağına qərar vermək istəyirlər.

Brent nefti, OPEC+ın istehsalı artırmaq üçün daha bir yığıncağa başlamasından əvvəl 76 dollardan ticarət olunur. 

OPEC+ danışıqlarında, Birləşmiş Ərəb Əmrliklərinin özü üçün daha yaxşı şərtlər istəməsindən sonra razılaşma olmamışdır. İki yaxın müttəfiq olan Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmrlikləri arasında anlaşılmazlıq yaranıb. Birləşmiş Ərəb Əmrlikləri hasilatını daha çox artırmaq istəyir, digər ölkələr buna qarşıdırlar. 

Bazar, OPEC ölkələri arasındakı birlik zəiflədikcə daha narahat olur. 

Bir çox OPEC+ üzvü Avqust ayından etibarən hasilatın gündəlik 400 min barel artırılması mövzusunda razılaşmışdı, amma Birləşmiş Ərəb Əmirlikləri gündəlik əlavə 600 min barel hasil etmək istəyir.

Bakı vaxtı ilə saat 10:25-də Brent nefti 0,12% bahalaşma ilə 76,26 dollardan ticarət olunub.