BİRJA

02 İyul

Qızıl sürətlə BAHALAŞIR

Foreks bazarlarında dolların bahalaşdığı bir şəraitdə, qızılda da bahalaşmanın müşahidə edilməsi investorlarda suallar yaradır.

Fins.az xəbər verir ki,əlvan metallar bazarlarında qızılın bir unsiya qiyməti Amerika sessiyasından etibarən bahalaşaraq, hazırda 1788$-a təklif edilir. 

Qızıla tələbin artması, iqtisadiyyatlarda müşahidə edilən son inkişaf göstəricilərinə münasibətin birmənalı olmaması, korona delta növünün narhatlığı artırması, beləliklə, iqtisadi və FED-in monetar siyasəti fonunda qeyri-müəyyənliyin artması ilə əlaqəlidir.