Ardıcıl yeddinci ticarət günündə Avropa Birliyində təbii qaz qiymətləri min kubmetr üçün 400 dolları keçib və bu 13 ildə ən yüksək səviyyədir.
Çərşənbə günü Hollandiyadakı TTF mərkəzində təbii qaz daha 4% bahalaşaraq min kubmetrə 465-ə çatıb.
Rusiyanın "Qazprom" şirkətinin Ukrayna ərazisindən tranziti artırmaqdan imtina etməsi Avrpada qaz qiymətlərinin yüksəlməsinə səbəb olur.
Qaz çatışmazlığını LNG ödəyə bilərdi, lakin iyun ayında Avropaya tədarükü 20% azalıb, çünki LNG böyük həcmlər ilə qiymətlərin daha da yüksək olduğu Asiya tərəfindən alınır.
Yeni qaz təchizatı mənbəsi olmadığından Avropada təbii qazın davamlı olaraq bahalaşacağı, ilin sonuna daha yüksək qiymətlər yaranacağı bildirilir.