02 iyul 2021-ci il tarixində “AzFinance İnvestisiya Şirkəti” QSC-nin istiqrazlarının yerləşdirilməsi Bakı Fond Birjasında rəqabətli hərrac üsulu ilə həyata keçiriləcək.
Fins.az xəbr verir ki,istiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitent profili” (//www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz. İstiqrazlarla bağlı məlumatlar aşağıdakı kimidir:
Dövlət qeydiyyat nömrəsi – İSİN |
İstiqrazların növü və forması |
İstiqrazların sayı |
İstiqrazların nominal dəyəri |
Ticarətə buraxılma tarixi |
İllik faiz dərəcəsi |
Tədavül müddəti |
AZ2001019713 |
Diskontlu təmin edilməmiş sənədsiz adlı |
1000 (bir min) ədəd |
1000 (bir min) manat |
02.07.2021 |
Diskontlu |
5 il |
Yerləşdirmə üzrə anderrayter “AzFinance İnvestisiya Şirkəti” QSC-dir. Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının “Üzvlər” (//www.bfb.az/az/baku-fond-birjasinin-uzvlerinin-siyahisi) bölməsində yerləşdirilib.