Neft qiymətləri, özəl sektor məlumatlarının ABŞ-da anbarlarda ehtiyatların azalmasını göstərməsilə yüksəlib.
Fins.az xəbər verir ki, özəl sektorun dəstəklədiyi Amerikan Neft İnstitutunun məlumatlarına görə, xam neft ehtiyatları keçən həftə 7,2 milyon barel azalıb.
ABŞ və Çin kimi böyük neft istehlakçıların pandemiyadan sürətli bir şəkildə yığışması ilə əlaqədar olaraq neftə tələb artıb. Bu da ehtiyatların azalmasına səbəb olur.
OPEC+ gələn həftə toplanaraq istehsal siyasətini müzakirə edəcək. Rusiyanın liderliyindəki bəzi ölkələr istehsalın artırılmasını istəyir.
Qiymətlər istehsalın azalığı və tələbin artması ilə yüksəlir. Bütün diqqətlər gələn həftə keçiriləcək OPEC+ yığıncağındadır.
Bakı vaxtı ilə saat 10:00-da ABŞ xam nefti 0,6% bahalaşma ilə 73,24 dolladan, Brent nefti isə 0,6% bahalşama ilə 7527 dollardan ticarət olunub.