BİRJA

22 İyun

Bitcoin bu il ilk dəfə 30.000 dollardan aşağı düşüb-SON QİYMƏT

Çindən gələn xəbər axını ilə Bitcoin ciddi bir eniş yaşasa da, yanvar ayından bəri ilk dəfə 30 min dollardan aşağı düşüb. 

Fins.az xəbər verir ki, Bitcoin, həftənin əvvəlindən bəri 17%-dən çox ucuzlaşıb, 30 min dollardan ucuz - 29,623 dollara ticarət olunub. 

Çinin bankları və Alipay-a kriptovalyutaları əməliyyat etməməyə çağırması, mədənlərin bağlanması və üçüncü ən böyük bankının kriptovalyuta əməliyyatlarına qadağa qoyması kriptovalyutalara ciddi təzyiq göstərib.

Müəllif: Aynur Qəniyeva