BİRJA

18 İyun

Şeir paylaşdı, hökumətdən xəbərdarlıq aldı, şirkəti 26 milyard dollar "əridi"

Çin hökuməti, Çinin üçüncü ən böyük texnologiya şirkətinin sahibi olan Wang Xing-i bazarları sarsıdan və sosial mediada reaksiyaya səbəb olan şeir paylaşmasının ardından görüşə çağırıb.

Fins.az xəbər verir ki, məlumata görə, hökumət rəsmiləri Wang Xing-i sensasiya yaratmamaq və diqqət çəkməmək mövzusunda xəbərdarlıq edib.

İnternet üzərindən istehlakçı məhsulları, əyləncə, yemək çatdırılması və səyahət xidmətləri göstərən "Meituan-Dianping" platformasının qurucusu olan Wang Xing-in hökuməti üstü bağlı tənqid etdiyi şeiri ölkə daxilində böyük əks-səda yaradıb.

Wang Xing-in Tang Xanədanlığı dövrünə aid olan şeiri paylaşmasının ardından, hökumət rəsmiləri Wanga diqqət mərkəzində olmaqdan yayınmaq mövzusunda xəbərdarlıq edib.

Hazırkı rejimin əleyhinə olan şeir, "Meituan"ın səhmlərində iki gün ərzində 26 milyard dollarlıq satışa səbəb olub.  

Bəzi sərmayəçilər, Wang-ın çıxışını "Alibaba Group Holdinq Ltd"nin qurucusu Jack Ma-nın keçən il Çinli rəsmilələrə etdiyi tənqidlərə bənzədiyini bildirirlər.