BİRJA

17 İyun

"ABB-İnvest İnvestisiya Şirkəti"-nin rəhbərindən kriptovalyuta ticarəti ilə bağlı AÇIQLAMA

Kriptovalyuta üzrə ticarət kifayət qədər təhlükəli ticarətdir.

Fins.az xəbər verir ki, bunu "ABB-İnvest İnvestisiya Şirkəti" QSC-in icraçı direktoru Nadir Babazadə deyib.

O bildirib ki, Kriptovalyuta üzrə ticarət kifayət qədər təhlükəli ticarətdir.Ona görə ki, bu requlyasiyaya tabe olmayan birjalardır. Bunun kifayət qədər riskləri var. Riskə görə yanan problemlərə örnəklər də var.Yaxın günlərdə Türkiyədə kriptobirjanın sahibinin kifayət qədər böyük miqdarda vəsaiti götürüb ölkədən çıxması nəticəsində müştərilərə külli miqdarda zərər dəymişdi.

Nadir Babazadə rəhbərlik etdiyi investisiya şirkətinin əsas məqsədlərini açılayaraq kriptovalyuta ticarəti ilə bağlı birja əməliyyatlarının icası ilə bağlı planlarını açıqlayaraq "Bizim əsas məqsədimiz qazanc əldə etmək yox investorlara yüksək səviyyəli xidmət göstərməkdir. Biz dövlət bankının törəmə şirkəti olduğumuz üçün bizim üçün ən önəmli istiqamət müştəriyönümlü fəaliyyətdir.Müştərilərilərin haqlarının hüquqlarının qorumaq əsasdır. O baxımdan kriptovalyuta birjası üzrə ticarət çox arxa plandadır."-deyə qeyd edib. 

Müəllif:Aynur Qəniyeva