BİRJA

17 İyun

“ABB - İnvest investisiya şirkəti” QSC-nin və “BOKT Embafinans” QSC-nin  iştirakı ilə “Açılış zəngi” mərasimi keçirilib.

Bakı Fondq birjasında  “ABB - İnvest investisiya şirkəti” QSC-nin və “BOKT Embafinans” QSC-nin  iştirakı ilə “Açılış zəngi” mərasimi keçirilib.

Fins.az xəbər verir ki, 4 iyun 2021-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Embafinans” QSC-nin ümumi dəyəri 1 500 000 (bir milyon beş yüz min ) manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilib.

İstiqrazların BFB ticaret platformasında ilkin ticarətinə başlanılıb.