Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) 50102390S dövlət qeydiyyat nömrəli, 100 milyon manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Hərrac zamanı 19 investor tərəfindən qiymət intervalı 99.5167 (6.24%) və 99.5543 (5.76%) olan 26 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 812 milyon 371 min 400 manat olmuşdur.
ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 99.5543 (5.76%), orta ölçülmüş qiyməti isə 99.5543 (5.76%) müəyyən edilmişdir. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 100 milyonmanat təşkil etmişdir.
Notların ödəmə tarixi 14.07.2021-ci ildir.