BİRJA

14 İyun

Azərbaycan BOKT-u yerli sığorta şirkətinə istiqraz satıb

“Bakı Sığorta” ASC “Asel Kredit” MMC bank olmayan kredit təşkilatının (BOKT) istiqrazlarını alıb. 

Fins.az xəbər verir ki, söhbət hər birinin nominal dəyəri 1 000 manat olan 500 ədəd, yəni 500 min manatlıq istiqrazdan gedir.

Qiymətli kağızların tədavül müddəti 2 il, illik gəlirliliyi isə 12%-dir. Faizlər aylıq ödəniləcək.