Yanvar-may aylarında BFB-nin ümumi dövriyyəsində 144 milyon 647,696 min manatı korporativ bazarın payına düşüb.
Fins.az xəbər verir ki, bu da 2020-ci ilin müvafiq dövrünün göstəricisindən 84,9% azdır.
Hesabat dövründə ilkin bazar 61 milyon manat təşkil edib ki, bu da 84,9% azalmanın göstəricisidir. Təkrar bazar isə 90,5% azalaraq 83 milyon 647,696 min manat olub.
221-ci ilin yanvar -may ayları ərzində İpoteka və Kredit Zəmanət Fondunun istiqrazlarının ilkin bazarda yerləşdirilmə həcmi 55 milyon manat, təkrar bazarda yerləşdirilmə həcmi 62 milyon 909,939 min manat təşkil edib. Digər korporativ istiqrazların yerləşdirilmə həcmi 18 milyon 136,47 min manat məbləğində olub ki, bunun da cəmi 500 manatı təkrar bazarda yerləşdirilib