BİRJA

07 İyun

Maliyyə Nazirliyi 845 milyon 152 min 957 manat cəlb edib

2021-ci ilin ilk 5 ayında (yanvar-may) Maliyyə Nazirliyi dövlət istiqrazlarının yerləşdirilməsi yolu ilə 845 milyon 152 min 957 manat cəlb edib.

Bakı Fond Birjasından Fins.az-a verilən məlumata görə, 2020-ci ilin eyni dövrü ilə müqayisədə cəlb edilən vəsaitin məbləği 2,2 dəfə artıb. 2020-ci ilin yanvar-may dövründə 388 milyon 995 min 498 manatlıq dövlət istiqrazları yerləşdirilmişdi.

Dövlət istiqrazları ilə təkrar bazarın həcmi isə 206 milyon 858 min 141 manatdan 469 milyon 526 min 518 manata yüksəlib.

2021-ci ildə Maliyyə Nazirliyi 1 milyard 895 milyon manat həcmində yeni daxili və xarici borclanma nəzərdə tutur.