2021-ci ilin yanvar-may ayları ərzində Bakı Fond Birjasında qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 6 milyard 871 milyon 122 min 750 manat təşkil etmişdir. Ötən ilin eyni dövründə əməliyyatların ümumi həcmi 3 milyard 843 miylon 918 min 820 manat təşkil etmişdi.
Birjadan Fins.az-a verilən məlumata görə, nəticə olaraq, ötən ilin müvafiq dövrü ilə müqayisədə ümumi ticarət həcmində 79%, ilkin bazar üzrə ticarət həcmində 107%, dövlət qiymətli kağızlar bazarı üzrə ticarət həcmində 100%, repo əməliyyatları üzrə isə 240% böyümə qeydə alınmışdır.
2021-ci ilin may ayının son ticarət günü üzrə Bakı Fond Birjasının kapitalizasiyası ilin əvvəlinə nisbətən 9% artaraq 4 milyard 225 milyon 441 min 865 manat təşkil edib