BİRJA

07 İyun

Twitter CEO-su Bitkoin mədənçiliyinə investisiya qoyacaq

Twitter CEO-su Cek Dorsi yeni Bitkoin investisiyasına hazırlaşır.

Tanınmış biznesmen Cek Dorsinin sahib olduğu "Square" adlı ödəniş sistemi şirkəti Bitkoin mədənçiliyində günəş enerjisindən istifadə edilməsi üzrə layihəyə 5 milyard dollar sərmayə qoyacağını elan edib.

Sözügedən layihənin 100% yenilənə bilən enerji ilə Bitkoin istehsalının reallaşdırılması baxımından çox yaxşı nümunə olacağı gözlənilir.

"Blockstream Mining" ilə əməkdaşlıq etməyə hazırlaşan "Square" şirkəti əməliyyat xərcləri və investisiya-gəlir göstəricilərinin ictimaiyyətə açıq olacağını açıqlayıb.

© Banco