BİRJA

07 İyun

Kriptovalyutanı harada saxlamaq olar?  - 3 VARİANT

Kriptovalyutaların populyarlaşması nəticəsində bu sahədə əməliyyatların sayı və buraya yatırılan vəsaitlərin həcmi artmaqdadır.

Belə vəziyyətdə Bitkoin, Eterium və digər koinlərə yatırım edən investorların qayğılarından biri də kriptovalyutaların etibarlı saxlanmasıdır.

Fins.az  xəbər verir ki, hazırda əksəriyyət öz koinlərini kriptobirjalarda saxlayır.

Amma bir qədər əvvəl «Binanse» birjası ilə bağlı araşdırmaların  başlanması birjalarla bağlı risklərin olduğunu göstərdi. Məsələ bundadır ki, koin birjada olduğu müddətdə o faktiki olaraq investora məxsus deyil və istənilən an itə bilər.

Bunları nəzərə alanda kriptovalyutaları saxlamaq üçün nisbətən etibarlı 3 üsul aşağıdakıdır:

1. Kriptovalyutanı «soyuq pulqabında» saxlamaq

«Soyuq pulqabında» saxlanılan tokenləri sonradan sərfəli və anonim surətdə bazara çıxarmaq və ya nağdlaşdırmaq olar, bu zaman vasitəçilərin sayı da az olur. «Soyuq pulqabı» - tokenlərin internetdən ayrılmış variantda xüsusi qurğularda saxlanması deməkdir.

2. Kompüterdəki proqram

Əgər bitkoini saxlamaq üçün əlavə qurğu almaq istəmirsinizsə, onu kompüterdə JAXX  kimi proqramlarda saxlamaq olar. Amma bu zaman kompüterdə lisenziyalı proqramın olması tələb olunur.

3. Mobil platformalar

Nəhayət, kriptovalyutanın saxlanması üçün üçüncü variant mobil platformalardır. Söhbət Crypto.com və Waves kimi platformalardan gedir. Burada koinləri mobil tətbiq vasitəsilə alıb-dəyişmək olar.