BİRJA

03 İyun

Bitkoin düzəldən maşın - həm sür, həm də pul qazan!

Kanadanın elektrikli avtomobil və skuter istehsalçısı Daymak bu sənayedə inqilab etmək iddiasındadır.

Fins.az xəbər verir ki, şirkət 2023-cü ildə istifadəyə verəcəyi kriptovalyuta mayninq edən elektromobilinin konsepsiyasını təqdim edib. “Avvenire Spiritus” adlanan yeni model enerji yığdıqda həm də Bitkoindən tutmuş Dogecoinə qədər müxtəlif kriptovalyutalar istehsal etmək funksiyası ilə təchiz olunacaq.

Artıq yeni modelin qabaqcadan sifarişlərinin həcmi son 2 ayda 350 milyon dolları keçib. Şirkət ödənişləri həm də kriptovalyutada qəbul edir və nəqliyyat vasitəsi sahiblərinin istehsal etdikləri Bitkoini toplamaq, saxlamaq və satmaq üçün elektromobili Nebula Wallet adlı elektron pulqabı sisteminə inteqrasiya edəcək.

“Əksər avtomobillər qarajınızda oturaraq köhnələndə, Nebula Miner funksiyası sizə Spiritus modeliniz dayandıqda belə, pul qazandıracaq.” - Daymak prezidenti Aldo Baioççinin açıqlamasında bildirilib. - “Daymak yarandığı gündən bazarı alt-üst edən texnologiyalarla işləyir, hazırkı kripto-həmləmiz də 2023-cü ildə blokçeyn inqilabının tam mərkəzində olcağımızı göstərir”.

Daymakın bu açıqlamaları həm ekspertlər, həm də kriptovalyuta həvəskarları arasında birmənalı qarşılanmır. Bəziləri bununla da elektromobil bazarının lideri Teslanın “kitabının bağlandığını” bildirsə də, digərləri hələ Daymakın öz texnologiyasını patentləşdirməli olduğunu söyləyərək, bu ideyaya şübhə ilə yanaşır. Coingecko kripto məlumat platformasının həmtəsisçisi Bobbi Onqun fikrincə, “Bitkoin mayninq çipini avtomobilə qoşmaq qəribə fikirdir, çünki Bitkoinin istehsal texnologiyası mürəkkəbləşdikcə, köhnə çiplər səmərəsiz və yararsız olacaq.”. Həmçinin, elektromobil daim internetə qoşulmuş halda olmalıdır və maşının elektrikini “soracaq”...