BİRJA

02 İyun

"Neftə tələb pandemiyadan əvvəlki səviyyənin 98%-inə çatıb"

Neft, çərşənbə axşamı günü, OPEC+ yığıncağında hasilatın artırılmasına başlanacağına dair qərardan sonra 2018-ci ilin Oktyabr ayından bu yana ən yüksək səviyyədə günü bağlayıb. 

Fins.az xəbər verir ki, Brent nefti 2019-dan bu yana ilk dəfə günü 70 dolların üzərində bağlanıb.

OPEC+ İyul ayı üçün istehsalı artırmağa hazırlaşır. Səudiyyə Ərəbistanının Energetika naziri Şahzadə Əbdüləziz bin Selman, "tələbdə aydın artım işarələri görülür" deyib.

İran ilə nüvə razılaşması danışıqlarının hələlik təxirə salındığına dair siqnallar da qiymətləri dəstəkləyib. İranlı bir rəsmi razılaşmanın Avqust ayında imzalanmasının gözlənildiyini söyləyib.

"ING Group"dan Warren Patterson bildirib ki, ABŞ-da neftə tələbin artması ilə bazar nikbindir. Neftə tələb böyük ehtimalla epidemiyadan əvvəlki səviyyələrin 98%-inə çatıb.

Bakı vaxtı ilə saat 11:32-də Brent nefti 0,6% bahalaşma ilə 70,70 dollardan ticarət olunub.