01 iyun 2021-ci il tarixində “Bakı Fond Birjası” QSC-də Maliyyə Nazirliyinin AZ0106018887 ISIN kodlu, tədavül müddəti 1092 gün olan dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
AZ0106018887 ISIN kodlu dövlət istiqrazları üzrə investorlar tərəfindən təqdim edilən sifarişlərin nominal üzrə ümumi məbləği 297,2 milyon manat təşkil edib.
Maliyyə Nazirliyi tərəfindən 75,0 milyon manat məbləğində dövlət istiqrazların rəqabətli sifarişlər üzrə orta ölçülmüş qiyməti 101,4971 (gəlirlilik 6,9386%) səviyyəsində müəyyən edilib.
İstiqrazların ödəmə müddəti 28 may 2024-cü ildir.