BİRJA

31 May

Qızıl KƏSKİN BAHALAŞDI

Mayın son gününün səhərində qızılın qiyməti bir qədər yüksəlir, göstərici 1900 dollar səviyyəsinin üstünə qayıtdı.

Qızılın avqust fyuçersləri Nyu York Fond Birjasında 0.14% və ya 2.75 dollar artaraq 1908.05 dollara yüksəldi.

Ayın əvvəlindən qızıl təxminən 8% bahalaşdı. “Wall Street Journal” qiymət artımını izah edən “Oanda” analitiklərindən sitat gətirərək, “Mərkəzi bankın qiymətli metal alışları artmağa davam edir, görünməmiş pul və maliyyə stimullaşdırıcı tədbirlər güclənməyə davam edir və bəzi treyderlər kriptovalyutalara olan etibarını itirməyə başlayırlar”, dedi.

Eyni zamanda, dollar avro və yen qarşısında bir qədər ucuzlaşır və ABŞ dövlət istiqrazlarının gəliri də azalır, bu da qızıl üçün müsbətdir.

Mütəxəssislər qızılın ABŞ dövlət istiqrazlarına münasibətdə gəlirlilik baxımından cəlbediciliyi qoruyub saxlaya bilsə, bu ilin sonunda rekord bir dəyərə çata biləcəyini də vurğulayırlar.