BİRJA

27 May

İranda istehsalın artması nefti ucuzlaşdırır

Dünya ölkələri ilə nüvə razılaşmalarının yenilənməsi halında İrandan təchizatda ola biləcək artım səbəbi ilə dünya bazar qiymətləri ucuzlaşır.

Şimal dənizi Brent neft qarışığının avqust fyuçerslərinin qiyməti 0.58% azalaraq 68.33 dollar, iyul fyuçersləri 0.6% azalaraq barreli 68.46 dollar, “WTI”-ın iyul fyuçersləri 0.54% azalaraq 65.85 dollar təşkil edib.

İnvestorlar İran ilə digər ölkələr arasında nüvə anlaşmasının yenilənməsi ilə bağlı danışıqların gedişatını yaxından izləyirlər və bu halda əlavə neft hasilatının vaxtı barədə təfərrüatları gözləyirlər.

“Bazar hələ də İranla vəziyyətin necə inkişaf edəcəyinə əmin deyil. Ehtimallar müsbət olaraq qalır, məhdudiyyətlərin yumşalması ilə vətəndaşların hərəkəti artacaq”. Bu fikirləri “Banking Group Ltd.”-nin analitiki Deniel Xaynz bildirib.

“Qara qızıl”ın qiyməti daha çox dərəcədə azalmış ola bilərdi, lakin ABŞ Enerji Nazirliyi ölkədə kommersiya neft ehtiyatlarının son bir həftə ərzində 1.7 milyon barel azalaraq, 484.3 milyona düşdüyünü bildirdi. Eyni zamanda, analitiklər göstəricidə cəmi 1.05 milyon barel azalma proqnozlaşdırırdı.