BİRJA

26 May

Qızıl BAHALAŞDI

ABŞ Mərkəzi Bankından (Fed) verilən ardıcıl açıqlamaların ardından, ABŞ Xəzinə istiqrazı faizlərinin geriləməsilə qızılın unsiyasının qiyməti 1900 dolları keçib.

Fins.az xəbər verir ki, Fed sədrinin müvini Richard Clarida inflyasiyanın yüksəlməsinin böyük ehtimalla müvəqqəti olacağını bildirib. Bu da istiqraz faizlərinin aşağı düşməsinə səbəb olub.

10 illik ABŞ Xəzinə istiqrazının faizi həftəyə 1,62% səviyyəsində başladıqdan sonra 1,57% səviyyəsinə geriləyib. Bloomberg Dollar İndeksi isə həftəyə 1119 səviyyəsində başladıqdan sonra geriləyərək 1113 dollar səviyyəsinə düşüb.

2021-ci ilin ilk üç ayında ucuzlaşdıqdan sonra, qızılın unsiyasının qiyməti bu gün 1900 dolları keçib. Sonuncu dəfə Yanvar ayının əvvəlində bu səviyyələrdə olan qızılın qiyməti, sonra istiqraz faizlərindəki yüksəlişlə əlaqədar olaraq 1700 dollardan da aşağı düşmüşdü. Bakı vaxtı ilə saat 09:34-də qızılın unsiyası 1906 dollardan ticarət olunub.