BİRJA

19 May

Bitkoin 40000 dollardan aşağı düşdü

Bitkoin 40000$-dan aşağı düşdü.

Bitkoinin dəyişkən həftəlik tempi Çində kriptovalyuta əməliyyatlarına qoyulan məhdudiyyətlər və Teslanın icraçı direktoru İlon Maskın tvitlərinin yaratdığı narahatlıqlardan dolayı çərşənbə günü 40000$ səviyyəsinin altına endi.

Dünyanın ən böyük və ən məşhur kriptovalyutası olan bitkoin, təxminən 9% ucuzlaşaraq 38940$-a qədər ucuzlaşıb və bu nəticə 200 günlük ortalamanın altında qiymətləndirilir.

 Cari qiymət 14 aprel tarixinin ən yüksək nəticə olan 64895$ səviyyəsindən 40% azıdır.