Qızılın qiyməti son bir neçə ticarət sessiyasında bahalaşır - investorlar ehtiyatla ABŞ Federal Ehtiyat Sisteminin (FED) protokolunun dərc olunmasını gözləyirlər.
Fins.az xəbər verir ki,qızılın iyun fyuçersləri Nyu York “Comex” Fond Birjasında simvolik olaraq 0.01% və ya 0.1 dollar bahalaşaraq 1868.1 dollara yüksəlib. Gümüşün iyul fyuçersləri isə 0.94% azalaraq 28.067 dollara düşüb.
Bazarların diqqəti çərşənbə axşamı açıqlanacaq Fed-in aprel iclas protokollarına yönəldilib. Treyderlər ölkədəki inflyasiyanın artması fonunda qurumdan gələcək pul siyasəti ilə bağlı şərh almağa ümid edirlər.
Bu, dolların məzənnəsinə və milli borcun dəyərinə təsir edə bilər. Birincisi, ənənəvi olaraq, dolların zəifləməsi qızılın qiyməti üçün müsbətdir, çünki bu halda qiymətli metal başqa bir valyutada alındıqda daha əlverişli olur. Əksinə, dolların möhkəmlənməsi qızılın bahalaşmasını dayandırır. Eyni zamanda, ABŞ-ın borc qiymətli kağızları qiymətli metallara “etibarlı sığınacaq” kimi bir alternativdir.
“Bloomberg” “Oanda”-nın baş bazar analitiki Edvard Moyanın sözlərini sitat gətirərək, ABŞ dövlət istiqrazlarının gəlirliliyinin qısa müddətli ən aşağı göstərici tapdığına görə qızıl qiyməti sabitləşdi, deyə yazıb.