BİRJA

18 May

Neft daha da bahalaşdı

Neft qiymətləri yüksəlir.

Fins.az xəbər verir ki, Brent neftinin qiyməti 70 dolları da keçib.

Bakı vaxtı ilə saat 14:10-da Brent nefti 70,10 dollardan ticarət olunub. Bu gün Brent nefti 1%-ə yaxın bahalaşıb.

İnvestorların ABŞ, Avropa və Çindəki iqtisadi inkişafa fokuslanmaları ilə əlaqədar olaraq neft qiymətləri yüksəlir. Asiyada koronavirusa yoluxanların artmasına baxmayaraq ABŞ və digər əsas bölgələrdə neftə tələb artır. Analitiklər bildirmişdilər ki, Brent nefti 70 dollar müqavimətini qırsa sürətli bir şəkildə 72 dollara yüksələ bilər.