Ticarət məlumatlarına görə, bazar ertəsi səhər qızılın qiyməti, ABŞ dövlət istiqrazlarının gəlirliliyinin azalması səbəbindən nəzərəçarpacaq dərəcədə yüksəlir.
Qızılın iyun fyuçersləri Nyu York “Comex” Fond Birjasında 0.88% və ya 16.1 dollar artaraq 1854.2 dollara yüksəlib. Gümüşün iyul fyuçersləri isə 1.49% artaraq unsiyası 27.773 dollara çatıb.
Bazar ertəsi günü on illik ABŞ Xəzinələri üzrə gəlirlilik əvvəlki ticarətin sonuna nisbətən 1.63%-dən 1.62%-ə və ümumiyyətlə əvvəlki maksimumdan, 1.69%-dən düşüb.
Ənənəvi olaraq, dövlət istiqrazlarının gəlirliliyində azalma, qiymətli metal qiymətlərinə müsbət təsir göstərir., Bu azalma dollar məzənnəsinə də təsir edir, hansı ki qızıl qiymətləri buna qarşı da çox həssasdır. Daha ucuz dollar, qızılı daha əlverişli edir.