Tesla-nın Baş direktoru Elon Musk, Twitter üzərindən verdiyi açıqlamada şirkətin heç Bitcoin satışı reallaşdırmadığını bildirib.
Fins.az xəbər verir ki, milyarder iş adamı daha əvvəl mayninqi ətraf mühitə ziyan vurduğuna görə Bitcoin-i tənqid etmiş, sonra, Tesla-nın əlindəki Bitcoin-ləri sata biləcəyi istiqamətində siqnallar vermişdir.
Musk, "Mr. Whale" adlı bir Twitter səhifəsinin etdiyi, "Bitcoin sərmayəçiləri qarşıdakı rübdə Tesla-nın alıb saxladığı Bitcoin-ləri satdığını fərq etdikləri zaman özlərini şillələyəcəklər. Elon Musk-a nifrət nəzərə alındığında, onu günahlandırmazdım..." paylaşıma "Həqiqətən" yazaraq cavab verib.
Musk, Twitter-də kriptovalyuta mövzusundakı mövqeyini tənqid edən bir neçə istifadəçiyə də reaksiya verib.