Bitcoin-i tənqid edən Tesla-nın rəhbəri milyarder iş adamı Elon Musk (İlon Mask), sosial şəbəkədə bir mesaja verdiyi cavab ilə Bitcoin-in 45 min dollar səviyyəsinə qədər düşməsinə səbəb olub. Musk, şirkəti Tesla-nın aldığı Bitcoin-ləri sata biləcəyinin siqnalını verib.
Tesla şirkətinin rəhbəri Elon Musk kriptovalyuta bazarını qarışdıran açıqlamalarına davam edir.
Fins.az xəbər verir ki, milyarder iş adamı daha əvvəl mayninqinin ətraf mühitə ziyan vurduğuna görə Bitcoin-i tənqid etmişdi. İndi o, Tesla-nın əlindəki Bitcoin-ləri sata biləcəyi istiqamətində siqnallar verib.
Musk, "Mr. Whale" adlı bir Twitter səhifəsinin etdiyi, "Bitcoin sərmayəçiləri qarşıdakı rübdə Tesla-nın alıb saxladığı Bitcoin-ləri satdığını fərq etdikləri zaman özlərini şillələyəcəklər. Elon Musk-a nifrət nəzərə alındığında, onu günahlandırmazdım..." paylaşıma "Həqiqətən" yazaraq cavab verib.
Musk, Twitter-də kriptovalyuta mövzusundakı mövqeyini tənqid edən bir neçə istifadəçiyə də reaksiya verib.
Musk-ın bu cavabının ardından Bitcoin-in qiyməti 45 min dollara qədər geriləyib.