BİRJA

16 May

\"Azfinance İnvestisiya Şirkəti\"nin xalis mənfəəti - 20% ARTIB

"Azfinance İnvestisiya Şirkəti" ASC 2020-ci ili 313 min manat xalis mənfəətlə başa vurub.

Fins.az qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2019-cu ilə nisbətən 19,9% çoxdur.

Ötən il " Azfinance"ın vergiyəqədərki mənfəəti 468 min manat (əvvəlki illə müqayisədə 28,9% çox), mənfəət vergisi ödəmələri isə 155 min manat (52% çox) təşkil edib.

Bu il yanvarın 1-nə " Azfinance"ın aktivləri 2,45 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 6,5% çoxdur. Hesabat dövründə investisiya şirkətinin öhdəlikləri 42,4% azalaraq 223 min manata düşüb, balans kapitalı isə 16,4% artaraq 2,227 milyon manata çatıb.

Xatırladaq ki, “Azfinance" 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 1,55 milyon manatdır.