BİRJA

16 May

Bu ölkə Rusiyada 100 milyard rublluq istiqraz yerləşdirəcək

Belarusiya 100 milyard Rus rublu (2,3 milyard manat) cəlb üçün Rusiya Federasiyasında istiqrazlar yerləşdirəcək. Marja xəbər verir ki, bu barədə ölkə prezidenti Aleksandr Lukaşenko fərman imzalayıb.

Fərman “Belarus Respublikasının xarici dövlət borcunun yenidən maliyyələşdirilməsi” məqsədi ilə verilib. 

Fərman ilə ölkə hökumətinə 2021-2023-cü illərdə Rusiya Federasiyası ərazisində dövlət qiymətli kağızları emissiya edilərək Belarus Respublikasının 100 milyard Rus rublu cəlb edilməsini həyata keçirmək tapşırılıb. İstiqrazların tədavül müddəti ən azı 1092 gün olacaq.

Keçmişdə Belarus Rusiyada illik 8,65%-lə və 8,5% -lə 5 illik qiymətli kağızlar yerləşdirmişdir.