Maliyyə Nazirliyinin dövlət istiqrazlarının yerləşdirilməsi barədə məlumat
08 may 2021-ci il tarixində “Bakı Fond Birjası” QSC-də Maliyyə Nazirliyinin AZ0108015881 ISIN kodlu, tədavül müddəti 1816 gün olan dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
AZ0108015881 ISIN kodlu dövlət istiqrazları üzrə investorlar tərəfindən təqdim edilən sifarişlərin nominal üzrə ümumi məbləği 56,5 milyon manat təşkil edib.
Maliyyə Nazirliyi tərəfindən 15,0 milyon manat məbləğində dövlət istiqrazların rəqabətli sifarişlər üzrə orta ölçülmüş qiyməti 98,4376 (gəlirlilik 8,9176%) səviyyəsində müəyyən edilib.
İstiqrazların ödəmə müddəti 28 aprel 2026-cı ildir.